“YAŞAT” Türkiyədəki yaralılarımızı ailələri ilə görüşdürdü
Səfər çərçivəsində Türkiyədə müalicə alan qazilərimizin ailə üzvləri ilə görüşləri baş tutub.
Həmçinin səfər çərçivəsində yaralılarımızın və onların ailə üzvlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şam yeməyi və xüsusi proqram təşkil olunub.
Yaralılarımızın ailə üzvləri təşkil edilən səfərə görə “YAŞAT” Fonduna və layihənin reallaşdırılmasına dəstək göstərən qurumlara təşəkkürlərini bildiriblər.
Səfərdə iştirak edən "YAŞAT" Fondunun əməkdaşları, həmçinin Türkiyədə ağır yaralılarımızın müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçiriblər.
Görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.
Sponsor: AMO Group
Dəstəkçilər: "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Diasporuna Dəstək Fondu, “PAŞA Həyat Sığorta”, Azərbaycan Respublikasının İstanbul Şəhərindəki Baş Konsulluğu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası
Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən ümumilikdə 157 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 116-sı ölkəyə geri qayıtmışdır. Hazırda 41 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


