Polis 44 nəfəri toya buraxmadı

Polis 44 nəfəri toya buraxmadı
  30 Dekabr 2021    Oxunub:809
Dekabrın 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən AzVision.az - a verilən məlumat görə monitorinq 187 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 44 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti