Bəzi tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Bəzi tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı
  30 Dekabr 2021    Oxunub:754
Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.
AzVision.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, sözügedən şəxslərin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək. Bundan əvvəlki müddət 2021-ci il noyabrın 1-dək idi.

AzVision.az



Teqlər: Tibb  



Xəbər lenti