Kürdəmirdə ağır yol qəzası, ölən və yaralılar var

   Kürdəmirdə ağır yol qəzası,    ölən və yaralılar var
  01 Yanvar 2022    Oxunub:1242
Kürdəmirdə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Hadisə zamanı Ağdam rayon sakinləri - 31 yaşlı Xəlilov Rahib Osman oğlu, 45 yaşlı İmanov Cəlal Qüdrət oğlu, 20 yaşlı Həsənov Nahid Şahid oğlu, 56 yaşlı Xəlilova Şövkət Əhməd qızı və Xəlilzadə Yağmur Rahib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarətlər alan R.Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Qəza  



Xəbər lenti