Sabahın hava proqnozu açıqlanıb

   Sabahın hava proqnozu açıqlanıb
  01 Yanvar 2022    Oxunub:1145
Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az - a verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-11° isti olacaq.
Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.


Tibbi-meteoroloji proqnoz

Yanvarın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

AzVision.az



Teqlər: Hava  



Xəbər lenti