2022-ci ilin ən çox tələb olunan peşələri açıqlandı

 2022-ci ilin ən çox tələb olunan peşələri açıqlandı
  05 Yanvar 2022    Oxunub:1357
Bu il yeni vakansiyalar tibb və robototexnika qovşağında yaranacaq, vakansiyaların artımı isə İT, sığorta və bank sektorunda davam edəcək.
AzVision.az xəbər verir ki, bunu “Rabota.ru” sayının iş axtarışı və kadr seçimi xidmətinin baş direktorunun müavini Aleksandr Veterkov Sputnik radiosunun müsahibəsində deyib. O bildirib ki, bu il daha çox insanlara orqan transplantasiyası, məsələn, göz, buynuz qişanın köçürülməsi kimi peşələr aktual olacaq:

“Belə kiborqlaşma təcrübələr şəklində görünməyə başlayıb, lakin növbəti ildə və yaxın 5-10 ildə daha da inkişaf edəcək. Nəticədə bu cür mexanizmlərə xidmət üzrə qeyri-adi həkim-mühəndis peşəsi yaranacaq.

Bu il vakansiyaların əksəriyyəti İT sahəsində olacaq ki, bunlar əsasən proqramistlər, analitiklər, verilənlərin baza idarəçiləridir. Keyfiyyətin təşviqi üzrə ixtisaslaşan onlayn-marketoloqlar tələb olunacaq. Həmçinin bank seqmentində, sığortada və tibbdə də artım müşahidə olunur".

Bəhruz Əliyev
AzVision.az




Teqlər:



Xəbər lenti