"Qazaxıstandakı vəziyyəti diqqətlə izləyirik" - Rusiya XİN

 "Qazaxıstandakı vəziyyəti diqqətlə izləyirik" -    Rusiya XİN
  05 Yanvar 2022    Oxunub:944
“Rusiya Qazaxıstandakı situasiyanı diqqətlə izləyir". AzVision.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Biz Qazaxıstanda vəziyyətin inkişafını diqqətlə izləyirik. Xəsarət alan Rusiya vətəndaşları barədə məlumat yoxdur”, - nazirlik bildirib.

Sosial şəbəkələrdə yayımlanan videogörüntülərə görə, çərşənbə günü Almatıda etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar yenidən başlayıb, partlayış səsləri eşidilir. Şəhər komendaturasının bəyanatına görə, hüquq-mühafizə orqanları meqapolisdə asayişin təmin edilməsi və ekstremizmə qarşı mübarizə məqsədilə əməliyyatları davam etdirir, sakinlərdən ictimai yerlərə getməmək xahiş olunur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya-XİN  



Xəbər lenti