Almatıda etirazçılar meriya binasına soxulublar

 Almatıda etirazçılar meriya binasına soxulublar
  05 Yanvar 2022    Oxunub:1410
Almatıda aksiya keçirən etirazçılar şəhər meriyasının binasına soxulublar.

AzVision.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, binanın üzərindən qara tüstü qalxır, atəş səsləri eşidilir. Etirazçılar armatur, dəyənək və qalxanlarla silahlanıb.
Xatırladaq ki, Qazaxıstanda maye qazının qiymətinin iki dəfə artırılması etirazlara səbəb olub. Prezident Kasım-Jomart Tokayev yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bəyan edib. Lakin etirazlar digər şəhərlərə də yayılıb. Tokayev insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. O, yanvarın 5-də səhər saatlarında hökuməti istefaya göndərib.

Fövqəladə vəziyyətin tətbiqinə baxmayaraq bu gün səhərdən aksiyalar yenidən aktivləşib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan   Aksiya  



Xəbər lenti