Almatıda etirazçılar prezident iqamətgahını ələ keçirib - YENİLƏNİB

 Almatıda etirazçılar prezident iqamətgahını ələ keçirib -  YENİLƏNİB
  05 Yanvar 2022    Oxunub:1361
Qazaxıstanın Almatı şəhərində etirazçılar prezidentin iqamətgahını ələ keçiriblər.

AzVision.azxəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bundan əvvəl etirazçıların iqamətgaha soxulmağa çalışmaları və onu yandırmalarına dair xəbərlər yayılıb.

***
14:50

Qazaxıstanın Almatı şəhərində etirazçılar dövlət başçısının iqamətgahına daxil olaraq onu yandırıblar.

AzVision.az xəbər verir ki, bu barədə ölkə KİV-ləri məlumat yayıb.

“Vlast” qəzeti yazır ki, bir neçə min etirazçı prezident Kasım-Jomart Tokayevin Almatıdakı iqamətgahının ərazisinə soxulmağa çalışır. Aksiya iştirakçılarının bir qismi kütlədən ayrılaraq prezident iqamətgahına gedib.

"Ətrafı tüstü bürüyüb, səslin qumbaraların partlaması və atəş səsləri eşidilir", - qəzet qeyd edib.

Şəhərin ictimai səhiyyə departamentinin mətbuat xidmətindən bildirilib ki, Almatıda etirazçılarla polis arasında toqquşma zamanı 5 təcili yardım işçisi yaralanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti