"Qazaxıstan Rusiyadan kömək istəməyib" - Peskov

"Qazaxıstan Rusiyadan kömək istəməyib" -    Peskov
  05 Yanvar 2022    Oxunub:1233
"Qazaxıstan ölkədəki vəziyyətlə əlaqədar olaraq Rusiyadan kömək istəməyib".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz əminik ki, qazax dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər", - Peskov söyləyib.

Qeyd edək ki, Qazaxıstanda maye qazının qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiyalar başlayıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bəyan edib. Lakin etirazlar digər şəhərlərə də yayılıb. Etirazçılar hökumət binalarına hücum edib, onları yandırıblar. Prezident bir sıra şəhərlərdə yanvarın 19-dək fövqəladə vəziyyət elan edib

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti