"Ağdam işgüzar turizm mərkəzinə çevriləcək" - DTA sədri

   "Ağdam işgüzar turizm mərkəzinə çevriləcək" -    DTA sədri
  05 Yanvar 2022    Oxunub:1008
Bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resursla­ra, geniş imkanlara malikdir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Milli Məclis" jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu mənada Ağdamı qeyd etməyə xüsusi ehtiyac var:

“Urbisidə məruz qalmış bu şəhərin tamamilə yenidən qurulması, işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Alban məbədləri, Qarabağ xanlığının irsi, İpək yolu kimi mədəni turizm məhsulları buranın zən­gin mədəni turizm potensialından xəbər verir. Məhz bu qeyd olunan resurslara əsasən müvafiq turizm məhsullarının və “Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələrin hazırlanması nəzərdə tutulur. Ümumilikdə qeyd edə bilərik ki, azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Turizm  



Xəbər lenti