Livan funtu dollara qarşı 95 faiz ucuzlaşıb

Livan funtu dollara qarşı 95 faiz ucuzlaşıb
  05 Yanvar 2022    Oxunub:1505
Livan valyutasının tarixində ən böyük devalvasiya baş verib.
AzVision.az xəbər verir ki, bu ölkədə 1 ABŞ dollarının alış qiyməti 30 min Livan funtuna bərabərdir. Bu, 2019-cu illə müqayisədə 95 faizlik ucuzlaşma deməkdir. Həmin il sabit olan Livan valyutası 1 ABŞ dollarına nisbətdə 1500 funt idi.

Ötən ilin sentyabrında Livanda Nəcib Mikatinin rəhbərliyi ilə yeni hökumət qurulub və ölkə iqtisadiyyatına kreditlərin ayrılması məqsədilə Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparılıb. Lakin Livan iqtisadiyyatının çökməsi prosesi davam edib və hazırda ərzaq, yanacağın qiymətləri rekord həddə qədər qalxıb.

Livandakı bəzi siyasətçilərin Səudiyyə Ərəbistanı və Körfəzin digər ərəb ölkələrinin ünvanına səsləndirdikləri ittihamlar iqtisadi vəziyyəti daha da ağırlaşdırır.

AzVision.az


Teqlər: Livan  



Xəbər lenti