Metro bir ildə sərnişinlərdən 26,5 milyon qazanc əldə edib
Ötən il ərzində metropoliten pandemiya səbəbindən sərnişindaşıma fəaliyyəti göstərdiyi 186 gün ərzində orta statistik hesabla gün ərzində 485 mindən çox (468 mindən çox ödənişli olmaqla) sərnişin daşıyıb. Ümumən, 2021-ci ilin bütün günləri nəzərə alınarsa, orta statistik gündəlik sərnişindaşıma 247 min 212 (238 min 853 ödənişli olmaqla) sərnişin təşkil edib.
Müqayisə üçün qeyd edək ki, metropoliten pandemiyadan əvvəlki sonuncu il – 2019-cu il ərzində 236,68 mln. (o cümlədən 229,72 mln. ödənişli) sərnişin daşıyıb. Bu isə orta gündəlik 648,4 min (o cümlədən 629,3 min ödənişli) sərnişin deməkdir.
AzVision.az
Teqlər: Mertro







Vaxtında, Aydın, Lazımlı!


