"Qızıl qlobus" mükafatlandırma mərasimi canlı yayımlanmayacaq

"Qızıl qlobus" mükafatlandırma mərasimi canlı yayımlanmayacaq
  07 Yanvar 2022    Oxunub:1313
Bu il "Qızıl Qlobus" mükafatlandırma mərasimi canlı yayımlanmayacaq. AzVision.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Hollivudun Xarici Mətbuat Assosiasiyasının nümayəndəsi bildirib ki, bu ilki tədbir özəl olacaq. Qaliblər haqqında məlumat real vaxt rejimində film mükafatlarının internet saytında və sosial şəbəkələrdə yerləşdiriləcək. Mükafatın yekun nəticələri press-relizdə dərc olunacaq.

Qeyd edək ki, "Qızıl qlobus" mükafatı 1994-cü ildən bəri hər il verilir.

Bu mükafat Hollivudda fəaliyyət göstərən, təxminən 90 beynəlxalq jurnalistin daxil olduğu Xarici Mətbuat Assosiyasiyası tərəfindən verilir. Ənənəvi olaraq tədbir NBC telekanalı tərəfindən yayımlanır. Ancaq 2021-ci ilin may ayında şirkət münsiflər heyətinin Amerika cəmiyyətinin müxtəlifliyini kifayət qədər əks etdirməməsi səbəbindən 2022-ci ildə bunu etməyəcəyini açıqladı.

İbrahim Məmmədov
AzVision.az


Teqlər:



Xəbər lenti