"Ucqar dağ rayonlarında qaz tariflərinə güzəştlər ola bilər? - Açıqlama

   "Ucqar dağ rayonlarında qaz tariflərinə güzəştlər ola bilər? -    Açıqlama
  07 Yanvar 2022    Oxunub:1163
Ucqar dağ rayonlarında qaz tariflərində güzəştlərin edilməsi ilə bağlı təkliflər nəzərdə tutulmayıb.

AzVision.az xəbər verir ki, bunu Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyev deyib. Onun sözlərinə görə, "Azəriqaz" İB-nin belə bir səlahiyyəti yoxdur:
"Amma bir şeyi qeyd etmək istəyirəm ki, mövsümlə əlaqədar qışın harada sərt keçməsi ilə bağlı ümumi hesabat götürəndə Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən abonentlərlə ucqar rayonlardakı abonentlərin qaz sərfiyyatının eyni olduğu müşahidə olunub. Bu, təxminən 4000-6000 kub həcmindədir. Bununla bağlı hansısa əsaslandırılmış təklif hələ ki verilməyib", - qurum rəsmisi bildirib.

AzVision.az



Teqlər: Qaz  



Xəbər lenti