Əqli qüsurlu şəxsin videosunu sosial şəbəkələrdə yayanlar saxlanılıb

   Əqli qüsurlu şəxsin videosunu sosial şəbəkələrdə yayanlar saxlanılıb
  07 Yanvar 2022    Oxunub:667
"Qubada əqli qüsurlu şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb".
Bunu AzVision.az - a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Quba rayonunda yaşayan əqli qüsurlu şəxsin sosial şəbəkələrdə yayılan görüntüləri daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb: "Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub.
Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşmançılıq keçirdiklərini bildiriblər".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti