ETSN ağacların aşması ilə bağlı araşdırma aparır

ETSN ağacların aşması ilə bağlı araşdırma aparır
  08 Yanvar 2022    Oxunub:725
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.
Bu barədə AzVision.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub: “Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".

AzVision.az



Teqlər: ETSN  



Xəbər lenti