Təlimlərdə düşməndən qənimət götürülən texnikalardan istifadə edildi - Video
Təlimin planına əsasən hücum edən bölmələrimiz şərti düşmənin pilotsuz uçuş aparatları və aviasiya vasitələrinin hava hücumu ilə mübarizə aparmalı olub.
İrəliləyən bölmələrimizin havadan müdafiəsini təmin etmək məqsədilə zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti hava düşməninin hücumunun qarşısının alınması tapşırıqları icra edilib.
Vətən müharibəsində hərbi qənimət olaraq ələ keçirilən və təmir edilərək silahlanmaya daxil edilən MT-LB tırtıllı döyüş texnikasına quraşdırılmış 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları ilə şərti düşmənin hava hücum vasitələri və yerüstü hədəfləri məhv edilib.
Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu taktiki-xüsusi təlimlərdə şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişləri təkmilləşdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


