Arzu və ümidimiz birlikdə olmağımızın başa düşülməsidir - Hulusi Akar

   Arzu və ümidimiz birlikdə olmağımızın başa düşülməsidir -    Hulusi Akar
  08 Yanvar 2022    Oxunub:1633
“Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan-red) Ermənistana uzatdığı sülh əlinin birlikdə başa düşülməsidir. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə, regionun sabitlik adasına çevirməkdən gedir”.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Akar Azərbaycanda baş verənlərdən danışarkən deyib.

"Azərbaycan bizim əziz qardaşımızdır. İki dövlət, bir dövlət mövqeyindən başlayaraq Azərbaycanın haqq işlərində onların yanındayıq", - nazir vurğulayıb.

Hulusi Akar qeyd edib ki, məqsəd bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaqdan ibarətdir.

AzVision.az



Teqlər: HulusiAkar   Ərdoğan   İlham-Əliyev  



Xəbər lenti