Astarada toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Onun Astara şəhər sakini Mahir Nurəlizadə olduğu müəyyən edilib. O, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21065” markalı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə M.Nurəlizadə 500 manat məbləğində cərimə edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


