Yanğın olan məktəbdə tədris davam etdirilir

Yanğın olan məktəbdə tədris davam etdirilir
  10 Yanvar 2022    Oxunub:694
Ötən həftənin V günü yanğın baş vermiş Bakı şəhərindəki 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.
Bu barədə AzVision.az -a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş vermiş yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.

AzVision.az


Teqlər:



Xəbər lenti