Prokurorluq: Korrupsiya ilə bağlı 301 cinayət işinin istintaqı tamamlanıb

      Prokurorluq:    Korrupsiya ilə bağlı 301 cinayət işinin istintaqı tamamlanıb
  10 Yanvar 2022    Oxunub:1120
Yanvarın 8-də Baş Prokurorluqda 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

AzVision.az


Teqlər: Korrupsiya  



Xəbər lenti