"Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmalı idik" - Erməni diversant
AzVision.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra həmin şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunan bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (Qanunsuz silah əldə etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə İ.Sarqsyanla V.Rafaelyan özlərini təqsirli bilmədiklərini deyiblər.
Təqsirləndirilən İ.Sarqsyan ifadəsində deyib ki, 2021-ci ilin may ayının 24-də Sisyana yola düşmək üçün komandanlıqdan əmr alınıb: "Biz XTQ 022-nin əsgəri olmuşuq. Bir gün sonra isə əmr gəldi ki, ərazidə kəşfiyyat edək, yolları bağlayaq, minalayaq və tikanlı məftillər çəkək. Minaların basdırıldığı ərazilərin şəkillərini çəkmək əmri verilmişdi. Bizə demişdilər ki, Azərbaycanın təminat yolunu bağlamaq lazımdır. Əməliyyatımıza Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq daxil idi. Planımı da elə qurmuşdum ki, insan tələfatı olmasın. Sonra gördük ki, Azərbaycan əsgərləri gəldi, xəbərdarlıq atəşi açdılar".
Digər təqsirləndirilən V.Rafaelyan ifadəsində bildirib ki, mayın 26-da komandirlərlə birlikdə Basarkeçə gəliblər: "Mən komandirin əmri ilə xüsusi təyinatlılara qoşuldum. Rəhbərim isə İşxan təyin edildi. Göstəriş verildi ki, tikanlı məftilləri özümlə götürüm. Əraziyə 3 tank əleyhinə mina və 20 piyada əleyhinə minanı daşıdım. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. Biz İşxanın arxasınca gedirdik. Minaları basdırmaq üçün İşxandan əmr aldıq. Minaları yaxşı örtə bilmədik, təpəcik görünürdü. Bu zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdı, tərksilah edildik, təslim olduq".
Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


