Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu yoxlanılıb. Şadlıq saraylarının sahibi və icarədarları ilə mövcud tələblərə riayət etmələrinin vacibliyinə dair profilaktiki söhbətlər aparılıb.
Reyd daha sonra mağazalarda, eləcə də digər qapalı obyektlərdə davam etdirilib. Tibbi maska tələbini pozan alıcı və satıcılar aşkarlanıb ki, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


