Bakı-Naxçıvan təyyarəsi dumana görə geri qayıdıb

 Bakı-Naxçıvan təyyarəsi dumana görə geri qayıdıb
  11 Yanvar 2022    Oxunub:932
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.
AZAL-dan AzVision.az -a verilən məlumata görə, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

AzVision.az


Teqlər: AZAL  



Xəbər lenti