ANAMA ƏDV-dən azad edildi

   ANAMA ƏDV-dən azad edildi
  11 Yanvar 2022    Oxunub:914
Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısında dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi də daxil edilib.

Bu fərman 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

AzVision.az



Teqlər: Prezident   İlham-Əliyev   ANAMA  



Xəbər lenti