Prezident: "İqtisadi artım 5 faizdən çoxdur"

      Prezident:    "İqtisadi artım 5 faizdən çoxdur"
  12 Yanvar 2022    Oxunub:1109
“Bu yaxınlarda artıq ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Çox gözəl göstəricidir. Xüsusilə müharibədən çıxmış ölkə üçün”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”, - dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər: İlham-Əliyev  



Xəbər lenti