Bakı-Qazax yolunda qəza, xəsarət alanlar var

Bakı-Qazax yolunda qəza,    xəsarət alanlar var
  12 Yanvar 2022    Oxunub:1350
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. AzVision.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Shacman" markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

AzVision.az



Teqlər: Qəza  



Xəbər lenti