5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub
Qeyd edək ki, Vəfa Hüseynzadə bu vəzifəyə qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
V.Hüseynzadə 17 may 1978-ci ildə Şəmkir rayonunda anadan olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə ETMGİ-də internatura kursu keçib. 2002-ci ildə orada həkim, anestezioloq-reanimatoloq kimi işə başlayıb, 2003-cü ildən 2021-ci ilin yanvar ayına qədər elmi və böyük elmi işçi, eyni zamanda praktik cərrah, mama-ginekoloq kimi fəaliyyət göstərib.
V.Hüseyzadə 2009-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru adını alıb. Otuzdan çox məqalə və tezislərdə müəllif və həmmüəllif kimi iştirak edib. Dünyanın bir çox ölkələrində beynəlxalq nüfuzlu konfrans və konqreslərdə məruzəçi kimi çıxış edib.
AzVision.az
Teqlər: KTM







Vaxtında, Aydın, Lazımlı!


