Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapılıb

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapılıb
  14 Yanvar 2022    Oxunub:761
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib. Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: Xocavənd  



Xəbər lenti