Azad edilən ərazilərdə daha 15 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 15 mina aşkarlanıb
  17 Yanvar 2022    Oxunub:909
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



AzVision.az


Teqlər: Mina  



Xəbər lenti