"İlk avtobuslar Şuşa və Ağdama yola düşəcək" - Anar Rzayev

 "İlk avtobuslar Şuşa və Ağdama yola düşəcək" -  Anar Rzayev
  19 Yanvar 2022    Oxunub:1805
"Yanvarın 24-də Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində avtobuslar yola salınacaq".
AzVision.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, avtobuslar səhər 06:30-da yola çıxacaq: "Şuşaya gedən avtobusda 47, Ağdama gedən avtobusda 43 sərnişin yeri var. İlk həftədə Şuşa istiqamətində 6 avtobus, Ağdam istiqamətində 4 avtobus hərəkət edəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər: Şuşa  



Xəbər lenti