Türkiyə səfiri 20 Yanvar şəhidlərini yad edib

   Türkiyə səfiri    20 Yanvar şəhidlərini    yad edib
  19 Yanvar 2022    Oxunub:1547
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə diplomat tvitterdə yazıb.

"Bu gecə qərənfilin ağladığı gecədir. Bu gün günəşin doğmadığı gündür.1990-cı il yanvarın 20-də Bakıda azadlıq, istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları cənnət olsun. Unutmayacağıq", - səfir qeyd edib.

AzVision.az



Teqlər: Türkiyə-səfiri  



Xəbər lenti