DİM diplomat olmaq istəyənlər üçün imtahan keçirdi
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 3 binada təşkil olunub. İmtahanda 478 namizədin iştirakı gözlənilirdi. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 45 nəzarətçi müəllim, 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahanda namizədlərə qapalı və açıq tipli tapşırıqlar (qanunvericilik və ümumi sahəvi biliklər üzrə 70, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə üzrə 20, ümumi dünyagörüşü üzrə 10 sual), həmçinin esse yazmaq üçün mövzular (dil bilikləri blokunda) təqdim olunub.
Test tapşırıqlarının cavablandırılması üçün 150, esse yazmaq üçün 90 dəqiqə vaxt ayrılıb.
Esse tapşırıqlarının yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələri yaxın 10 gün ərzində elan olunacaq.
İmtahanda ən yüksək nəticə toplayan 100 namizəd XİN tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcək.
AzVision.az
Teqlər: