Bakıdan Şuşaya ilk avtobus reysi yola düşdü

Bakıdan Şuşaya ilk avtobus reysi yola düşdü
  24 Yanvar 2022    Oxunub:2309
Bakı-Şuşa- Bakı marşurutu üzrə bu gün ilk sərnişin avtobusu yola düşüb.
AzVision.az xəbər verir ki, ilk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb. İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.

Şuşa ilə yanaşı, bu günən Bakı-Ağdam -Bakı marşrutları da start götürüb.

Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.



AzVision.az


Teqlər: Bakı-Şuşa-Bakı  



Xəbər lenti