Ötən il 4 milyondan çox pasiyent xəstəxanalara müraciət edib

Ötən il 4 milyondan çox pasiyent xəstəxanalara müraciət edib
  24 Yanvar 2022    Oxunub:728
2021-ci ildə 4 milyondan çox pasiyent tibb müəssisələrinə müraciət edib və onlara 22 milyondan çox xidmət göstərilib.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Agentliyin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il Mingəçevir şəhər Mərkəzi Xəstəxanası ən çox tibbi xidmət göstərən tibbi müəssisə olub: "Ən çox cərrahi əməliyyat göstərən tibb müəssisəsi isə Mərkəzi Neftçilər Xəstəxanasına olub. TƏBİB-in tabeliyində olan tibbi müəssisələrdə ən çox qadın cinsiyyətini üzvləri arasında və həzm sistemi ilə bağlı əməliyyatlar olub".

Aytən Zəhra
AzVision.az



Teqlər: Xəstəxana  



Xəbər lenti