Türkiyədə müalicə olunan 25 hərbçiyə əlillik verilib
Qeyd olunan şəhərlərdəki tibb müəssisələrində müalicədə olan hərbçilərimizin hər biri ilə görüşülüb və əyani müayinələri aparılıb, əlillik vəziyyətləri qiymətləndirilib. Müayinələrin nəticələrinə əsasən onlara əlillik dərəcələrinin təyin edilməsi nəzərdə tutulub. Bunun üçün aidiyyəti qurumların hərbi həkim komissiyalarına hərbçilərimizlə bağlı müvafiq şəhadətnamələri təqdim etmələri üçün müraciət olunub.
Yaxın günlərdə şəhadətnamələr təqdim edildikdən sonra e-sistem üzərindən Türkiyədə müalicə olunan hərbçilərimizə də əlillik dərəcələri və bununla bağlı sosial ödənişlərin təyinatları aparılacaq.
AzVision.az
Teqlər: YAŞAT







Vaxtında, Aydın, Lazımlı!


