İdmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırma başlanılıb

İdmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırma başlanılıb
  24 Yanvar 2022    Oxunub:643
Daxili İşlər Nazirliyi (DİN) idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Qeyd edilib ki, həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır: "Bu barədə Gözəl Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb".

Xatırladaq ki, G.Zutova bir neçə idman növü üzrə Azərbaycanı təmsil edib.

AzVision.az



Teqlər:



Xəbər lenti