Bakıda yataqxanada yanğın olub, 2 nəfər zəhərlənib

Bakıda yataqxanada yanğın olub,    2 nəfər zəhərlənib
  26 Yanvar 2022    Oxunub:657
Bakıda beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi qeydə alınıb.
AzVision.az xəbər verir k, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yaylb.

Qeyd olunub ki, Yasamal rayonunda yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti