Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
  28 Yanvar 2022    Oxunub:876
Bakıda 26 nömrəli tam orta məktəbin fəaliyyətini bu gündən distant təhsil formasında davam etdirəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az =a verilən məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti