"Gələn ay xarici valyutaya tələbat artacaq" - Elman Rüstəmov

   "Gələn ay xarici valyutaya tələbat artacaq" -    Elman Rüstəmov
  28 Yanvar 2022    Oxunub:757
2022-ci ilin fevralında Azərbaycanda xarici valyutaya tələbatın artımı gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvarında Mərkəzi Bankın keçirdiyi hərraclarda xarici valyuta satışının artımı qeydə alınıb.

"Bu, ötən il dövlət büdcəsinin xərclərinin artması və dövriyyəyə çoxlu sayda nağd pulun buraxılması ilə bağlıdır", - deyə o bildirib.

AzVision.az


Teqlər: Dollar  





Xəbər lenti