FHN 97 yaşlı kişiyə kömək edib

FHN 97 yaşlı kişiyə kömək edib
  01 Fevral 2022    Oxunub:1218
Bakıda 97 yaşlı kişi köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1929-cu il təvəllüdlü kişinin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 5-ci mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.

AzVision.az


Teqlər: FHN  



Xəbər lenti