Quyudan meyiti tapılan 4 yaşlı qız öldürülübmüş
O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun M.Hüseynlinin qonşusu olduğu bildirilir.
Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.
Hadisə ilə bağlı Baş Prokurorluqdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.(Qafqazinfo)
AzVision.az
Teqlər: