"Regionun yeni brendinq strategiyasına ehtiyacı var" - Prezidentin köməkçisi
H. Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərir və regionun parçalanmadan inteqrasiyaya, qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməsinə çalışır.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır.
- Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Regionun yeni brendinq strategiyasına ehtiyacı var. Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionun inşası üçün öz rolunu oynamağa hazırdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük”.
Prezidentin köməkçisi onu da qeyd edib ki, regionda açılacaq yeni dəhlizlər, xüsusilə də Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxara və geniş quru əlaqələri olan ölkəyə çevirə bilər: “Bizim Mərkəzi Asiyadan olan tərəfdaşlarımız da Zəngəzur dəhlizindən faydalana bilərlər. Amma Zəngəzur dəhlizi bizim qonşu Gürcüstanla regionda yaratdığımız digər potensial dəhlizləri istisna etmir”.
H. Hacıyev əlavə edib ki, Ermənistan regional əməkdaşlığın rol modeli olan və hörmətə əsaslanan qarşılıqlı faydalı Gürcüstan-Azərbaycan əməkdaşlığından öyrənə və bu əməkdaşlıq əlaqələrinə qoşularaq fayda əldə edə bilər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


