Tovuz Azərbaycanın yeni Gənclər paytaxtı elan edilib

   Tovuz Azərbaycanın yeni Gənclər paytaxtı elan edilib
  02 Fevral 2022    Oxunub:1565
Bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Azərbaycanın növbəti Gənclər Paytaxtının adı elan edilib.
AzVision.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən Tovuz 2022-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı elan olunub.

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri Gənclər Paytaxtı elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl şəhər və rayonları Azərbaycanın Gənclər Paytaxtı elan olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti