Prezident: "Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir" - VİDEO
“Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm ki, bir binanın üzərində onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək haqqında öz sözlərimi dedim. Onun qanı yerdə qalmamlı idi və qalmadı. Onun qisasını biz aldıq və döyüş meydanında aldıq", - Prezident bildirib.
Dövlət başçısı deyib ki, Polad Həşomov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq: "Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər yeni nəslin nümayəndələri yetişir".
Prezident bildirib ki, Polad Həşimovun həlak olması hamımızı sarsıtdı, eyni zamanda onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı.
"Polad Həşimov öz şəhadəti ilə deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin oladı. Bu yaxınlarda Gəncədə ermənilər tərəfindən dağıdılmış evlərin önündə demişdim ki, hətta o dağıntılardan çıxanlar, öz yaxınlarını itirənlər deyirdilər ki, ancaq irəli getməliyik.
Yadımdadır, mən müharibə zamanı bir çox müsahibələr vermişdim. Bir sual bu günə qədər yadımdadır, bir jurnalist demişdir ki, ya Bərdədə, ya Tərtərdə dəfn mərasimində olub. Artıq bu müsahibədən sonra söhbət əsnasında dedi ki, təəccüb elədim ki, mən gördüm ki, Sizə qarşı, iqtidara qarşı heç bir narazılıq yoxdur. Mən gözləyirdim ki, orda Sizi ittiham edəcəklər, deyəcəklər ki, nə üçün İlham Əliyev bu müharibəni başlayıb, biz yaxınlarımızı itirmişik. Dedi ki, bir çox döyüş yerlərində olub, belə ruh yüksəkliyi görməmişəm. Hamı deyirdi ki, Prezidentin arxasındayıq, hamı deyirdi ki, ancaq dayanmasın. Bilirsiz, bax budur xalq və xalq hazır olmalı idi buna və hazır oldu. Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə sənin üçün, sənin yaxlnların üçün, amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və əbədi yaşayacaq xalqımızın qəlbində", - dövlət başçısı vurğulayıb.
AzVision.az
Teqlər: İlham-Əliyev Polad-Həşimov







Vaxtında, Aydın, Lazımlı!


