Çobanın öldüyü ərazidən daha 17 bomba tapıldı

   Çobanın öldüyü ərazidən daha 17 bomba tapıldı
  03 Fevral 2022    Oxunub:1083
Yevlaxda çobanın ermənilər tərəfindən atılan kasetli bombanın partlaması nəticəsində həlak olduğu yerdən əlavə 17 bomba da aşkar edilib.
DİN Mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılov Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölüb.

AzVision.az


Teqlər:



Xəbər lenti