Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi

   Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi
  03 Fevral 2022    Oxunub:1408
Şuşa Bəyannaməsini özündə əks etdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacaq.AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb
Bildirilir ki, TBMM-nin Xarici Əlaqələr Komissiyası Türkiyə-Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan məlum tarixi bəyannaməyə dair qanun layihəsini artıq təsdiqləyib. Layihə komissiyanın bu gün keçirilən iclasında müzakirə olunub.

Müzakirələrdən sonra Komissiya Şuşa Bəyannaməsinin təsdiqlənməsi üçün sənədin Türkiyə parlamentində müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib.

İclasa Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da qatılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti