Komitə azyaşlını evdə tək qoyan anaya xəbərdarlıq edib
Onun sözlərinə görə, 6 yaşlı uşağın anası A.Ə həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib: " Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur və uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır. Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu halın baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər".
Komitə rəsmisi bildirib ki, ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı videogörüntü əksini tapıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


