Əsgərimiz and içdi - VİDEO
Müdafiə Nazirliyindən AzVision.az - a verilən məlumata görə, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.
Qeyd edək ki, son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti olaraq qadağan olunub.
AzVision.az
Teqlər: Ordu







Vaxtında, Aydın, Lazımlı!


